Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Real TV-nin "Real İntervyu" layihəsinin qonağı olub.
O, tanınmış jurnalist Namidə Bingölün aparıcılığı ilə Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı müzakirədə iştirak edib. Müzakirənin gedişində Rauf Arifoğlu həssas bir məqama da toxunub.
Bu da AXCP sədri Əli Kərimli və onun tərəfdarlarının son 4 ildə Azərbaycana, onun zəfərinə və Prezident İlham Əliyevə qarşı apardığı anti-təbliğat kampaniyası ilə bağlı olub. Belə ki, Əli Kərimli 10 noyabr 2020-ci ildən başlayaraq Azərbaycanın zəfərini və Qarabağ qələbəsini aşağılamaq, onu gözdən salmağa çalışmaqdadır. Əli Kərimli öncə iddia edirdi ki, Xankəndi, Xocalı olmayan qələbə yarımçıq qələbədi. Daha sonra isə iddia etdi ki, rus qoşunları buradan çıxmayınca buna qələbə demək olmaz. Rus qoşunları çıxdıqdan sonra isə o, açıqlama verərək, bunu öz adına və tələblər irəli sürməsinə bağlamaqdadır.
Ətraflı aşağıdakı videoda:
@@TVmusavat/83573@@
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ