İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik etdi

Baş nazir Əli Əsədov Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR