İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov Qırğızıstan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Qırğızıstan Prezidenti Sadır Japarov Baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamlayıb.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırıb.

Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxunub.

xxx

Bu gün Baş nazir Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gəlib.

Nazirlər Kabinetindən Musavat.com-a verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Əli Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

a277f50e-f8be-3677-94b4-0183aa7741d7.jpg (140 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR