İnsanlara hürriyət, millətlərə istiqlal!

Ələt-Astara yolunda zəncirvari qəza olub, xeyli sayda yaralı var

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR