İnsanlara hürriyət, millətlərə istiqlal!

Elbrus dağında kanat qəzasında ölənlərin sayı üçə çatıb

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Elbrus dağında təkoturacaqlı kanat xəttində qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, əvvəlcə vilayətin qubernatoru Kazbek Kokov 2 nəfərin öldüyün açıqlayıb.

Bir qədər sonra isə vilayətin Föhqəladə Hallar Xidməti (FHX) göl yanında 3-cü şəxsin meyitinin aşkar edildiyini bildirib.

Qeyd olunub ki, qəzaya səbəb altıncı dayağın balans tirindən çıxan kabel olub.

"Ümumilikdə, kanatda 37 nəfər olub, 35 nəfər təxliyə edilib. 7 nəfər müayinə olunmaq üçün təcili tibbi yardım briqadasına təhvil verilib", - regional FHX-dan vurğulanıb.

Regional İstintaq Komitəsi istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR