Onlayn ictimai-siyasi qəzet
Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə”nin Ərəbistan Yarımadası qolu (AQAP) lideri Saad bin Atef əl-Avlaki vəzifəyə gəldikdən sonra ilk videomüraciətini yayıb. Müraciətdə o, ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Maska təhdidlər yönəldib.
Musavat.com xəbər bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Saad bin Atef əl-Avlaki deyib ki, ABŞ-ın İsrailin Qəzzadakı müharibəsinə dəstəyi “qarşılıqlı cavab” tələb edir.
“Qəzzada baş verənlərdən və xalqımızın başına gələnlərdən sonra heç bir qırmızı xətt yoxdur... Qarşılıqlılıq qanunidir”, - əl-Avlaki deyib.
Videoda eyni zamanda Misir, İordaniya və Fars Körfəzi dövlətlərinin liderlərinə qarşı hücum çağırışları da yer alıb.
Görüntülərdə Tramp, Mask, ABŞ-ın vitse-prezidenti J.D.Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin şəkilləri, həmçinin Maska məxsus şirkətlərin, o cümlədən "Tesla"nın loqoları əks olunub.
Qeyd edək ki, Saad bin Atef əl-Avlaki 2024-cü ildə əvvəlki lider Xalid Batarfinin ölümündən sonra “Əl-Qaidə”nin Ərəbistan Yarımadası qolunu idarə etməyə başlayıb. 2009-cu ildə Yəmən və Səudiyyə qruplarının birləşməsi nəticəsində yaranan qrup Yəmənin böyük hissəsinə nəzarət edən husilərdən asılı olmayaraq fəaliyyət göstərir.
ABŞ Vaşinqtonun maraqlarına qarşı hücumlara çağırışda ittiham etdiyi Əl-Avlakinin harada olduğu barədə məlumat verənə 6 milyon dollar mükafat təklif edib.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ