İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əks halda qurbanlar daha çox ola bilərdi” – təyyarə qəzası ilə bağlı daha bir detal üzə çıxdı

Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsi ilə bağlı ilkin araşdırmalar başlayıb.

Musavat.com bildirir ki, hadisə ilə bağlı ən çox diqqət çəkən iddialardan biri təyyarənin quş sürüsü ilə toqquşmasıdır. Təyyarənin mühərriklərində yaranan texniki nasazlığın bu səbəbdən baş verdiyi ehtimal olunur.

Hadisə şahidlərinin Qazaxıstanın ORDA saytına verdiyi məlumata görə, qəzadan əvvəl təyyarə heyəti hava gəmisini yaşayış binalarından uzaqlaşdıra bilib. Nəşrin məlumatına görə, pilotlar qəzalı vəziyyətdə olan təyyarəni Sayın kəndindən uzaqlaşdırmağı bacarıblar.

“Ekipaj ustalıqla təyyarəni kənar əraziyə çəkə bildi. Əks halda qurbanlar daha çox ola bilərdi”, - nəşrin həmsöhbətləri bildiriblər. Nəşr yazır ki, Sayın kəndi qəza yerinə yaxındır. 2009-cu ilə olan məlumata görə, orada 1,3 min nəfər yaşayır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR