İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədinejad yenidən İran prezidenti olmaq İSTƏYİR

İyunun 28-də İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra bu vəzifəni müvəqqəti olaraq vitse-prezident Məhəmməd Muxbir icra edir.

Seçkilərdə namizəd olmaq istəyənlər 30 may - 3 iyun tarixləri arasında ərizə təqdim etməlidirlər. 12-27 iyun isə təbliğat kampaniyası üçün ayrılıb.

Modern.az-ın məlumatına görə, İran mətbuatında bir çox şəxsin adı namizəd kimi hallanır.

İranın sabiq prezidenti, son seçkilərdə namizədliyi qeydə alınmayan Mahmud Əhmədinejadın da namizəd olmaq istədiyi bildirilir.

İbrahim Rəisinin ölümündən sonra seçkilərdə onun potensial namizədliyi müzakirə olunur.

Keşikçilər Şurası əvvəlki prezident seçkilərində Əhmədinejadın namizədliyini ləğv edib.

Bu yaxınlarda o, özü haqqında video çəkərək “xalqa, vətənə xidmət etmək” niyyətində olduğunu söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR