İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali hava xəbərdarlıqlarını SMS vasitəsilə alacaq

"Gələn ilin ortalarına qədər əhali hava şəraiti ilə bağlı xüsusi xəbərdarlıqları mobil telefonlara gələn SMS vasitəsilə ala biləcək. Bu istiqamətdə lazımi işlər aparılır".

Musavat.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini onu da diqqətə çatdırıb ki, 40-dan artıq böyük çaylarda avtomatik müşahidə sistemləri mövcuddur:

“Bəzi çaylarda isə 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları var. Onlar vasitəsilə sel, daşqın hadisələri barədə məlumatlar situasiya mərkəzinə daxil olur və müvafiq analizlər aparılır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR