Onlayn ictimai-siyasi qəzet
Ukrayna millisinin sabiq qapıçısı Aleksandr Şovkovski Kiyev "Dinamo"suna qayıdıb.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, 6 illik fasilədən sonra o, Xorvatiyanın "Osyek" komandasında olan Oqnen Vukoyeviçi əvəzləyib.
Belə ki, 47 yaşlı veteran qolkiper baş məşqçi Mirça Luçeskunun köməkçisi olacaq.
Xatırladaq ki, qapıçı 2016-cı ildə karyerasını bitirdiyini açıqlamışdı.
Qeyd edək ki, o, bütün karyerasını “Dinamo”da keçirib. Kiyev klubunun heyətində 14 dəfə ölkə çempionatının, 11 dəfə ölkə kubokunun, 6 dəfə ölkə superkubokunun qalibi olub. Ukrayna yığmasında Şovkovski 92 oyun keçirib.
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ