Onlayn ictimai-siyasi qəzet
Azərbaycan vətəndaşı Əfqan Sadıqov Tiflisdə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Ə. Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova sosial şəbəkədə məlumat verib.
Hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb: "Jurnalist hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir".
Qeyd edək ki, Əfqan Sadıqov əvvəllər də eyni maddə ilə həbs olunub./lent.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ