Onlayn ictimai-siyasi qəzet
"Telegram" və İlon Maskın sahibi olduğu "xAI" şirkəti bir illik əməkdaşlıq barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə "Telegram" messencerinin yaradıcısı Pavel Durov məlumat yayıb.
"Bu yay "Telegram" istifadəçiləri bazardakı ən güclü süni intellekt texnologiyasına çıxış əldə edəcəklər. İlon Maskla mən bir illik əməkdaşlıq barədə razılığa gəldik ki, "xAI" şirkətinin "Grok" adlı çat-botunu 1 milyarddan çox istifadəçimizə təqdim edək və onu "Telegram"ın bütün tətbiqlərinə inteqrasiya edək”, – deyə Durov "Telegram" kanalında bildirib.
Bu əməkdaşlıq çərçivəsində "Telegram" 300 milyon dollar gəlir və messencer vasitəsilə satılan "xAI" abunələrindən 50% pay əldə edəcək.
Qeyd edək ki, "XAI" iki il əvvəl təsis olunub. Maskın sözlərinə görə, bu müddət ərzində şirkət tez bir zamanda görünməmiş sürətlə və miqyasda modellər və məlumat mərkəzləri quraraq dünyanın aparıcı AI laboratoriyalarından birinə çevrilib.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ