İnsanlara hürriyət, millətlərə istiqlal!

Duqinanın qətlində PKK izi

Ekspert: “Rusiya mənbələri bu qanlı cinayətin arxasında PKK-nın dayandığını açıqladılar, lakin az sonra...”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb. Bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. “Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.

Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olub. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib", - deyə məlumatda qeyd olunub.

İstintaq materiallarının Rusiya Federasiyasının İstintaq Komitəsinə verildiyi bildirilib. Rusiyanın “RİA” agentliyinə istinadla xəbər verir ki, FTX-dən Natalya Vovk kimi tanınan qadının nömrələri dəyişdirilən “Mini Cooper”dən istifadə edərək Duqinanı izlədiyi bildirilib: “Rusiyaya daxil olarkən avtomobildə ”DXR"in E982XN DPR qeydiyyat nömrəsi olub. Moskvada isə Qazaxıstanın nömrələri istifadə olunub - 172 AJD 02. Qətldən sonra o, AH7771IP Ukrayna nömrəsi ilə ölkəni tərk edib.

Avqustun 23-də Darya Duqina ilə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən politoloq Aleksandr Duqin qızı ilə son söhbəti haqda danışıb. “Onunla festivalda sonuncu dəfə danışdıq. Mənə dedi ki, ata, özümü döyüşçü və qəhrəman kimi hiss edirəm. Xalqımın və ölkəmin yanında ol. Bu fikir onun üçün çox önəmli idi”, - Duqin bildirib.

Mərasimdə Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının sədr müavini Sergey Neverov, rusiyalı senator Yelena Mizulina, Rusiya parlamentinin deputatları, Duqinanın ailəsi və dostları iştirak ediblər. Mərasimə Rusiya prezidenti Vladimir Putin, Rusiya hökumətinin nümayəndələri və bir çox vəzifəli şəxslər çələnglər göndərib.

Əksər ekspertlərə görə, bütün bu versiyalar quramaya oxşayır və nəyin bahasına olursa olsun, prosesə Ukraynanı qarışdırmaq cəhdidir. Bəs, iddialar doğrudursa? Hadisə və onun bundan sonra inkişafı haqda ekspert rəyləri - Kiyev bu terrorun arxasından çıxarsa, onlara dəstək dayandırıla və ya münasibət dəyişə bilərmi?

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Darya Duqinaya qarşı terror aktı törədiləndən az sonra Rusiya mənbələri bu qanlı cinayətin arxasında PKK-nın dayandığını açıqlayıblar. Lakin az sonra bu məlumat arxa plana keçirilib və terror aktında Ukrayna xüsusi xidmət orqanları günahlandırılmağa başlayıb: “Ruslar terrordan dərhal sonra elan etdilər ki, cinayəti Rusiya-Türkiyə münasibətlərini korlamaq üçün PKK həyata keçirib. Sonradan da fərq etdilər ki, PKK-nı 1984-cü ildə təşkilat olaraq hazırlayan da elə Rusiyanın o dövrdəki təhlükəsizlik orqanı olub. PKK Rusiyanın Yoraslavl vilayətnin Solneçnoqorsk şəhərində yaradılıb. Bundan sonra terror aktında Ukrayna izi axtarmağa girişdilər və cinayətdə Vovk familiyalı qadını günahlandırmağa başladılar. İddia etdilər ki, həmin qadın Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsidir, guya qızı ilə Rusiya ərazisin gəlib və cinayəti törədərək Estoniyaya gedib. Bu dəst-xət Ukrayna təhlükəsizlik orqanlarına xas deyil. Adətən, nəqliyyat vasitələrinin partladılması ilə PKK məşğul olub. Bunu ruslar da yaxşı bilir. Bununla belə diqqəti özlərinə lazım olan istiqamətə - Ukraynaya yönəltdilər. Amma bu cinayət Ukraynanın qol qoyması mümkünsüzdür. Çünki Ukrayna hakimiyyətində peşəkar dövlət adamı yoxdur. Qərar verənlər kifayət qədər qeyri-peşəkarlardır. Ukraynanın belə bir əməliyyatı hazırlayıb həyata keçirməsi bu baxımdan da mümkünsüzdür”.

Cümşüd Nuriyev: “Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar  bunu bizə bağışlamaq istəmir” - ŞOK DETALLAR | KONKRET

Cümşüd Nuriyev

Politoloq deyir ki, Rusiya Ukraynanı terrorçu dövlət kimi tanıtmağa can atır: “Bu, çox uğursuz bir cəhddir. Terrorun baş verdiyi ərazidə, terrordan əvvəl düzənlənmiş tədbirin keçirildiyi yerdə kameralar var. Həmin kameraların yaddaşlarını çıxarıb qoysunlar ortaya. Darya Duqinanın avtomobilinə Natalya Vovkun partlayıcı bağlaması haqda hər hansı bir sübut yoxdur. Əgər Natalya Vovk bu cinayəti törətmişdisə, ona niyə imkan verildi ki, sakitcə övladı ilə ölkədən çıxıb? Darya Duqinaya qarşı terrorda Ukraynanın heç bir rolu yoxdur”.

Hundreds gather for Daria Dugina's funeral in Moscow

Politoloq deyir ki, Darya Duqinanın hədəf olaraq seçilməsi birbaşa PKK-nın maraq dairəsindədir: “Türkiyə birmənalı şəkildə yaxın orta şərqin və türk-islam dünyasının lider dövləti olmasından çıxıb beynəlxalq arenada lider dövlətə çevrildi. Rusiyanı danışıqlar masasına oturdan da Türkiyə oldu. Bu Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət nəticəsində mümkün oldu. Rusiya ilə yanaşı dünyanın ən böyük təşkilatı olan BMT-ni də Türkiyə danışıqlar masasına gətirib oturda bildi. Vladimir Putin Rəcəb Tayyib Ərdoğan barəsində çıxışında onu sözübütöv dövlət başçısı adlandırıb. İpə-sapa yatmayan, dünyada şər imperiyasının başında dayanan Vladimir Putin belə Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə hörmət etdiyini açıqladı və türk dünyasının lideri kimi qəbul etdi. Bütün bunların fonunda PKK çıldırıb. Türkiyə silahlı qüvvələrinin İraqın şimalında, Suriyada həyata keçirdiyi əməliyyatlar PKK-nın sonunu gətirib. Bu gün PKK-çıların sayı yüzlər deyil, onlara enib. 1-2 il ərzində Türkiyə bunu bacardı. Buna görə də PKK Türkiyə ilə yaxşı münasibəti olan ölkələrə qarşı çıxır. Rusiya bu məsələdə rəsmi şəkildə PKK-nı ona görə ittiham edə bilmir ki, bu təşkilatı siyasi cəhətdən ”doğan", analıq edən elə Rusiyanın özüdür. Bu gün PPK öz anasının üzünə ağ oldu. Çünki anası PKK-nı təşkilat kimi məhv edən bir dövlətlə yaxşı münasibət qurub. Terror, bu dəst-xətt PKK və ermənilərin müraciət etdiyi cinayətdir. Şərəfsizcəsinə qətl törətmək onların sevimli işidir. Duqinin qızına qarşı terror aktı Rusiya siyasi hakimiyyətini silkələməyə hesablanan addımdır".

MSB duyurdu: PKK'ya yönelik operasyonlar devam ediyor! Çok sayıda terörist  etkisiz hale getirildi

Politoloq deyir ki, Duqinin qızının hədəf seçilməsi təsadüfi deyil: “Duqin və onun qızı 44 günlük müharibə günlərində Azərbaycanın da haqlı mövqeyini dəstəklədilər. Duqin elan etmişdi ki, Rusiya Türkiyə ilə həddən artıq yaxın olmalıdır ki, dünya gücləri qarşısında duruş gətirib söz sahibi olsunlar.. Türk-rus cütlüyü həm də xristian-islam cütlüyü deməkdir. Bu cür fikirlərin müəllifi böyük güclərin diqqətindən kənar qala bilməzdi. Duqinaya qarşı PKK terrorunun arxasında əlbəttə ki, böyük güclər dayanır. PKK-nın dünyanın böyük gücləri ilə, ABŞ siyasi elitasının müəyyən kəsimi ilə əlaqələri haqda məlumatlar da yeni deyil”.

Rusya: Darya Dugina'nın öldürülmesinin arkasında Ukrayna Özel Kuvvetleri  var - Son Dakika Haberleri

Politoloq deyir ki, beynəlxalq güclər Rəcəb Tayyib Ərdoğannın timsalında Türkiyənin liderə çevrilməsini içlərinə sinirə bilmirlər: “Bu terror olayının ardının da gələcəyini düşünürəm. Çalışacaqlar ki, diqqəti digər istiqamətlərə yönəltsinlər. Rusiya Milli Ordusunun çıxışlarına baxsaq, görərik ki, belə addımlarla Putini yolundan döndərmək istəyirlər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR