İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatı zamanı yıxılan idmançı ağır xəsarət alıb


İsveçrəli velosipedçi Muriel Furre gənclər arasında keçirilən dünya çempionatının qrup yarışında yıxılaraq ağır xəsarət alıb.

"Report" Beynəlxalq Velosiped Federasiyasının mətbuat xidmətnə istinadən xəbər verir ki, 18 yaşlı idmançı ağır kəllə-beyin travması alaraq helikopterlə xəstəxanaya aparılıb.

Qəzanın hansı formada baş verməsi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundiala sentyabrın 29-da yekun vurulacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR