İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bunu da gördü: ABŞ Vyetnamla strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq

ABŞ prezidenti Co Bayden sentyabrın ortalarında Cənub-Şərqi Asiya ölkəsinə dövlət səfəri zamanı Vyetnamla strateji tərəfdaşlıq sazişi imzalayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.

Gələn məlumatlara görə, “saziş Vyetnamın yarımkeçiricilər istehsalı və süni intellekt kimi sahələrdə yüksək texnologiya sektorunu inkişaf etdirmək səylərini dəstəkləyəcək yeni ikitərəfli əməkdaşlığa” imkan verəcək.

Ekspertlərin rəyinə görə, Vyetnam ABŞ ilə münasibətlərini yaxşılaşdırmaq və onun əsas tərəfdaşı olmaq istəyir. Çünki hər iki dövlətin ortaq rəqibi bəllidir - Çin.

Ağ Ev hələlik səfər planlarını təsdiqləməyib. Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsü Fam Tu Hang Baydenin mümkün səfərini nə təsdiq, nə də təkzib edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR