İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qulluqçuları üçün yeni tələb hazırlandı - Bu ölkədə

Prezident Donald Trampın siyasi kursuna ciddi əməl etmək istəyi ABŞ-da dövlət qulluğuna qəbul və dövlət qulluqçularının qiymətləndirilməsində əsas tələb meyarına çevriləcək.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal mənbələrinə istinadən yayıb. Bildirilir ki, dövlət qulluqçularını bu meyarla işə götürmək və ya işdən çıxarmaq barədə qərar verəcəklər.

Məlumata görə, İlon Maskın may ayında ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyətinə son qoymaq qərarı ilə əlaqədar olaraq, dövlət qurumlarının kadr siyasətinə nəzarət ABŞ hökuməti yanında müstəqil qurum olan Personal İdarəetmə Federal İdarəsinə həvalə olunacaq.

Qəzetin əldə etdiyi idarənin daxili sənədlərinə əsasən, məmurlar “qanunları və prezidentin siyasətini vicdanla yerinə yetirmələri” əsasında qiymətləndiriləcək. Trampın siyasi gündəminin irəliləməsi dövlət qulluqçularının vəzifə təsvirlərinin “mərkəzi elementi” olacaq. ABŞ agentliklərinin 2026-cı maliyyə ilindən (oktyabrın 1-dən başlayır) başlayaraq yeni sistemə keçidi gözlənilir.

Qəzetin yazdığına görə, bundan əvvəl dövlət qulluqçuları səriştəsi, işgüzarlığı və liderlik keyfiyyətlərinə görə qiymətləndirilib. Bundan əlavə, agentliklər yeni işçiləri işə götürmək üçün Federal Kadrlar Administrasiyasından icazə tələb etmirdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR