İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət başçısı: "Azərbaycan Qoşulmama Hərəkatında 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub"

"Azərbaycan Qoşulmama Hərəkatında 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub.

Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR