İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır.

Dondurmadan zəhərlənməmək üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır.

Mütəxəssislər kristallaşan dondurmaları yeməmək barədə xəbərdarlıq edirlər. Çünki dondurmada müşahidə olunan kristallaşma onun əridikdən sonra yenidən dondurulduğuna işarədir. Bu cür məhsullar isə çox təhlükəlidir.

Əgər qutuda dondurma alıb evdə istehlak edirsinizsə, yenə bir neçə nüansa diqqət etmək vacibdir. Dondurmanın son istifadə tarixinə mütləq diqqət yetirilməlidir. Çox uzunömürlü dondurma almamaq məsləhətdir. Aylar öncəsindən qalmış dondurmanı son istifadə tarixi bitməsə belə, yemək olmaz. Dondurma alış-verişin ən sonunda alınmalıdır. Onu əriməsinə imkan vermədən ən sürətli şəkildə evə çatdırıb dondurucuya qoymalısınız. Dondurmanı istehlak edəcəyiniz zaman yeyəcəyiniz qədərini götürüb qalanını dərhal dondurucuya geri qaytarmalısınız. Çünki dondurma yumşaldıqdan sonra onu yenidən dondurmaq olmaz.

Küçə satıcılarından açıq halda satılan dondurmaları almaq tövsiyə olunmur. Bu cür süd məhsulları ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Dondurma zəhərlənməsinin ilkin əlamətləri isə bunlardır: qusma, ishal, ürəkbulanma və qızdırma. Dondurma yedikdən sonra belə problemlərlə üzləşənlər dərhal həkimə müraciət etməlidirlər. (medicina)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR