Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasında 630 mindən çox qeyri-leqal əmək miqrantı var.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qeyri-qanuni mühacirlərin əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızıstandan gəlib. Daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun dediyinə görə, onlar əsasən yaşayış rejimini pozmağa, iki və ya daha çox inzibati xəta törətməyə və ya qanunsuz əmək fəaliyyətinə görə qanunsuz vəziyyətə düşüblər.
Nazir müavini 2025-ci ilə qədər nəzarət altında olan şəxslərin vahid reyestrinin yaradılması ideyasını dəstəkləyib, bu reyestrə sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, habelə qanun pozuntuları törətmiş və Rusiyadan deportasiya edilməli olan miqrantlar daxil olacaq.
Qorovoy bildirib ki, məlumat bazasının həcmi çox böyükdür. Buna görə də, informasiya rexnologiyaları infrastrukturunun bu qədər miqdarda məlumatın eyni vaxtda daxil olmasına tab gətirə bilməsi üçün qeyri-qanuni immiqrantların siyahısını seyrəltmək lazımdır. Xırda cinayət törətmiş şəxslər üçün amnistiya bu işdə kömək edə bilər.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, miqrasiya siyasəti məsələlərinə məhəl qoymamaq ciddi nəticələrə gətirib çıxara bilər.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ