Onlayn ictimai-siyasi qəzet
“Dərs oxuyarkən fikirləri cəmləyə bilməməyin bir neçə səbəbi var”.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova açıqlayıb.
Onun sözlərinə görə, birinci səbəb hiperaktivlik və diqqət əskikliyi diaqnozudur:
“Hərəkətlilik və impulsivlik diqqəti cəmləməyə icazə vermir. İkinci bir səbəb isə uşağın dərsə marağının olmaması nəticəsindən dərsdən yayınmaq və bu səbəbdən diqqətini toplamaqda çətinlik çəkməsidir”.
Psixoloq bildirib ki, digər bir səbəb isə uşağın hansısa bir problemlə bağlı stres keçirməsidir:
“Uşaqlarda ailə məişət problemi olduğu zaman onlar diqqətlərini dərsə cəmləməkdə çətinlik çəkirlər. Valideynlərə tövsiyə edərdik ki, ailədaxili mübahisələri uşaqların yanında etməsinlər. Bu, onların psixologiyasına mənfi təsir edə bilər”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ