İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dərnəgül" yaxınlığındakı yanğın söndürülüb

Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında baş vermiş yanğın söndürülüb.

Musavat.com bu barədə FHN-ə istinadən xəbər verir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR