İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın demədiklərini kim və niyə yayıb - cinayət əməli, yoxsa...

Millət vəkili Sevinc Fətəliyevanın adından sosial şəbəkələrdə eybəcər bir fikir paylaşılıb. Çoxları da bunu həqiqət zənn edərək öz səhifəsində yayıb.

Deputat bir qədər sonra onun adından sitat paylaşanlara müraciət edib.

Musavat.com xəbər verir ki, deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib. S.Fətəliyeva feysbuk səhifəsində yazıb:

“Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə:bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!”

Qeyd edək ki, sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından “Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib hoteldə qalıram” sitatı paylaşılıb.

Məşhur şəxslərin, xüsəsən aktiv deputatların, şərhçilərin adından belə qondarma sitatlar vaxtaşırı paylaşılır.

Bu, hüquqi baxımdan hansı məsuliyyəti yaradır? Və bunu edənlər əsasən kimlərdir? Xaricdəki blogerlərmi, azərbaycanlı adı ilə səhifə işlədən ermənilərmi? Yoxsa hansısa İP tutmaq istəyən “reket”lərmi? Yoxsa sosial şəbəkələrdə məşhurlaşmaq istəyən qeyri-ciddi adamlarmı? İndiyədək bu əməli törədən hansısa şəxs tapılıb cəzalandırılıbmı?

Novella Cəfəroğlu: "Vəsiyyətim var, oğlum çap edəcək..." -

Novella Cəfəroğlu: “Sosial mediada məlumatın kim tərəfindən yayıldığını tapmaq asandır”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, tutduğu mövqedən asılı olmayaraq haqqında yalan məlumat yayılan hər bir şəxs məhkəməyə müraciət edə bilər: “Xanım deputat sözügedən məlumatı yayanları məhkəməyə verməkdə haqlıdır. Sosial mediada məlumatın kim tərəfindən yayıldığını tapmaq asandır. Konkret bu fakt haqqında danışsaq, düşünürəm ki, hər bir jurnalist istənilən məlumatı yayarkən diqqətli olmalıdır. Sevinc Fətəliyeva ictimai şəxsdir, deputatdır, seçiciləri var ki, onların qarşısında pis vəziyyətdə qalır. Odur ki, bu məlumatı yayanları məhkəməyə verməyə ixtiyarı var”.

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas: “Sözügedən məlumatın ilk kimin tərəfindən yayılmasını hüquq-mühafizə orqanları müəyyən edəcək”

Millət vəkili Aqil Abbas mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, sözügedən məlumatın ilk kimin tərəfindən yayılmasını hüquq-mühafizə orqanları müəyyən edəcək: “Bu, ilk deyil. Şəxsən mənim də başıma gəlib, adımdan yalan məlumat yayılıb. Lazımi cəza tədbirləri görülsə, bu kimi halların qarşısı alınar. Sevinc xanım artıq-əskik danışacaq xanım deyil. Tez-tez açıqlama verən deputatlardan da deyil. Hesab edirəm ki, haqqında yalan məlumatlar yayılan şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Əlavə olaraq, qanunvericilikdə də bununla bağlı müddəa var”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR