İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Rus İcmasına çağırış: “Xankəndi yolunda aksiya keçirən soydaşlarımıza dəstək olaq!”

Milli Məclisin iclasında söz alan deputat Elnur Allahverdiyev vacib bir təkliflə çıxış etdi. O bildirdi ki, artıq iki həftədən artıqdır Şuşa-Xankəndi yolunda vətəndaş cəmiyyətinin fədakar nümayəndələri ekologiyamıza vurulan zərbə, mədənlərimizin talan olunmasına etiraz olaraq dinc aksiya keçirirlər.

Deputat bu etirazlarda müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyini xüsusi vurğuladı. Ardınca bildirdi ki, Rus İcmasının təmsilçisinin parlamentdə iştirakını nəzərə alaraq Azərbaycandakı Rus İcmasının nümayəndələrinin də Şuşa-Xankəndi yolundakı sivil aksiyada iştirakı faydalı olar. “Oradakı soydaşlarımıza dəstək olaq! Qoy monomillətli Ermənistan da bunu görsün və yerini bilsin”-deyə, E.Allahverdiyev çağırış etdi.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR