İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat meşə işçisini öldürdü

Sumı Regional Şurasının deputatı meşə təsərrüfatı işçisini qətlə yetirməkdə şübhəli bilinir. O, şübhəli elan edilib.

Bu barədə Sumı vilayətinin prokurorluğundan bildirilib.

“İstintaqın məlumatına görə, hadisə iyunun 21-də Konotop rayonunun Zareçye kəndində yerləşən “Şimal meşə” ov qoruğunun ərazisində baş verib”, - xəbərdə vurğulanır.

Müstəntiqlərin müəyyən etdiyi kimi, Sumı Regional Şurasının deputatı öz ov karabini ilə hədəf əvəzinə atəş zonasında olan meşə təsərrüfatı işçisinə atəş açıb.

46 yaşlı zərərçəkən aldığı güllə yarasından yerindəcə keçinib.

Sumı Vilayət Prokurorluğunun rəhbəri Aleksandr Pançenko deputata qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi) şübhəsi ilə bağlı məlumat verib. Hazırda şübhəli şəxs müvəqqəti saxlama təcridxanasındadır, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR