İnsanlara hürriyət, millətlərə istiqlal!

“Demokratiya İndeksi” hesabatı - Bakı BU REAKSİYANI verdi

Siyasi böhran içərisində olan Avropa hələ də Azərbaycana “demokratiya dərsi” keçmək həvəsindən vaz keçmir

Azərbaycan “Economist Intelligence Unit” tərəfindən hazırlanan “Demokratiya İndeksi”ndə 167 ölkə arasında 126-cı sırada yer alıb və yenidən “avtoritar rejim” kimi təsnif edilib. Hesabatda demokratik geriləmə və avtoritarizmin güclənməsi ilə bağlı qlobal trendin 2024-cü ildə də davam etdiyi, qlobal demokratiya indeksi balının tarixi minimuma düşdüyü vurğulanır. Bu barədə “Amerikanın səsi” məlumat yayıb. Hesabatda mümkün 10 ballıq şkala üzrə 2.8 bal toplayan Azərbaycan da dünyanın ən repressiv dövlətlərindən biri kimi xarakterizə edilir.

İndeks müəllifləri qiymətləndirmə apararkən beş kateqoriya - seçki prosesi və plüralizm, hökumətin fəaliyyəti, siyasi iştirak, siyasi mədəniyyət və vətəndaş azadlıqları üzrə göstəriciləri nəzərə alırlar.

Azərbaycanın builki “Demokratiya İndeksi”ndə ən pis nəticə göstərdiyi kateqoriya da məhz seçki prosesi və plüralizm olub. Ölkə bu kateqoriyada mümkün 10 baldan 0.5 bal toplaya bilib. Digər kateqoriyalar üzrə göstəricilərə gəldikdə, hökumətin fəaliyyəti - 2.5 bal, vətəndaş azadlıqları - 2.65 bal, siyasi iştirak - 3.33 bal, siyasi mədəniyyət isə 5 balla qiymətləndirilib.

Ümumi balı 2.8 olan Azərbaycan 167 ölkə və ərazi vahidi arasında İraqla birgə 126-cı sırada yer alıb və builki indeksin “avtoritar rejimlər” kimi qiymətləndirilən 60 ölkəsindən biri olub. “Avtoritar rejimlər” sırasında Azərbaycanın qonşu ölkələrindən 150-ci sırada yer alan Rusiya və 154-cü sırada yer alan İran da var.

Qeyd edək ki, cəmi iki həftə əvvəl ABŞ-ın vitse-prezidenti Vens Münhen konfransında Avropa liderlərini məhz demokratiyanı boğduqlarına görə  sərt tənqid edib.  Vens deyib ki, Avropa liderləri öz seçicilərindən qorxur.  O, Avropa liderlərini “öz seçicilərindən qorxub qaçdıqlarına”, o cümlədən miqrasiyaya görə tənqid edib və bildirib ki, əhalini demokratik proseslərdə iştirakdan yayındırmaqla demokratiyanı daxildən məhv etmək riski var. ABŞ-ın vitse-prezidenti bildirib ki, Avropa liderləri seçicilərdən qorxur və demokratiyanı müdafiə edə bilmir: “İndi, əlbəttə ki, vəziyyət o qədər pisləşib ki, keçən ilin dekabrında Rumıniya "kəşfiyyatın qeyri-müəyyən şübhələri və qitədəki qonşularının böyük təzyiqi" səbəbindən prezident seçkisinin nəticələrini ləğv edib".

“Avropa ilə bağlı məni ən çox narahat edən təhlükə nə Rusiya, nə də Çinlə bağlı deyil. Məni daxildən gələn təhlükə, Avropanın öz əsas dəyərlərindən geri çəkilməsi narahat edir, - ABŞ vitse-prezidenti qeyd edib.

İndi özlərinə “umac ova” bilməyənlərin Azərbaycana “əriştə kəsmək” cəhdi ancaq təəssüf doğurur. Bu cür saxta və birtərəfli hesabatların daha heç təzyiq elementinə çevrilmək gücünün olmadığını da göstərir.

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a bildirdi ki, “Economist Intelligence Unit” adlanan və özü korrupsiyalaşmış bir təşkilat tərəfindən hazırlanan “Demokratiya İndeksi”ndə Azərbaycanın adının mənfi göstərici olan yerdə qeyd edilməsi qərəz olmaqla yanaşı, reallıqların tamamilə kənara qoyularaq uydurmaların hesabata daxil edildiyini göstərir: “Azərbaycan 2024-cü ildə dünya ölkələri sırasında iqtisadiyyatı inkişaf edən ölkələr sırasında yer alır. Bunu təsdiqləyən real rəqəmlər mövcuddur. Azərbaycanda yoxsulluğun səviyyəsi, inflyasiya təkrəqəmlidir. Azərbaycan Respublikasında çox yaxşı investisiya mühiti formalaşdırılıb. Biznes strukturları üçün müxtəlif güzəştlər tətbiq edilir”.

O ki qaldı seçkilərlə və demokratik göstəricilərlə bağlı hesabatda əksini tapanlara, deputat vurğuladı ki, Azərbaycan bir il ərzində üç seçki keçirib: “Bu seçkilərin hər birində hər kəsə bərabər şərait yaradıldığı, seçkilərin heç bir problem yaşanmadan, demokratik, şəffaf şəraitdə keçirildiyi bütün dünyanın gözləri qarşısında oldu. Sonuncu prezident seçkisində seçki məntəqələrində seçicilər səs vermək üçün uzun növbələrdə gözləyirdilər. Bu, xalqın seçkiyə inamının, seçkidə aktivliyinin göstəricisi idi. Demokratik olmayan seçki prosesində seçicilər bu qədər inamlı və aktiv qatılımı mümkün olmazdı. Bir ilin içində üç seçkini keçirə bilməsi Azərbaycanın gücünün, sabitliyinin, demokratik seçki mühitinin göstəricisidir. Hər ölkə bunu bacara bilməzdi. Azərbaycanda seçkilərdə ölkənin demək olar bütün siyasi qüvvələri iştirak edib. Parlamentdə çoxlu sayda siyasi partiya, o cümlədən müxalifət partiyaları təmsil olunur. Müxalifət partiyalarından olan deputatlardan Milli Məclis sədrinin müavini, komitələrdə sədr müavinləri seçilənlər var. Bu da demokratiyanın daha bir təntənəsidir. Bütün sadaladıqlarımız və digər bu kimi reallıqlar ortada olduğu bir vaxtda hansısa qaranlıq məqsədlərə xidmət edən təşkilatın Azərbaycanı siyahının sonlarında göstərməsi Azərbaycana qarşı dünya ermənilərinin və onlara yaxın korrupsiyaya bulaşmış qüvvələrin apardığı fəaliyyətin tərkib hissəsidir. O hesabatı hazırlayanlar, eləcə də ABŞ-ın vitse-prezidenti başqa ölkələrdə qüsurlar axtarmaq əvəzinə, öz ölkələrinin özlərini və dünyanı gətirib çıxardığı vəziyyətə baxsınlar. Azərbaycan öz maraqlarının tələb etdiyi yolla gedir və hansısa qərəzli hesabatlar, çağırışlar onu yolundan döndərə bilməz”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”        

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR