İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli zəncirvari qəza: 23 avtomobil toqquşdu - İstanbul yolu bağlandı

Anadolu magistralının Kocaeli hissəsində müxtəlif nöqtələrdə baş verən zəncirvari qəzalar səbəbindən İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayanıb.

Musavat.com xəbər verir ki, qəzalar səbəbiylə İstanbul istiqaməti nəqliyyata bağlanıb.

Çox sayda insanın yaralandığı bildirilib. Son məlumata görə 11 nəfər yaralı var. Hadisədən dərhal sonra bölgəyə çox sayda təcili yardım, xilasetmə və polis qrupları sövq edilib. Qəzaların 4-də yaralanan 11 nəfər təcili yardım ilə ətrafdakı xəstəxanalara aparılıb. Yaralıların həyati təhlükəsinin olmadığı qeyd olunub.

Bir-birinə yaxın nöqtələrdə meydana gələn qəzalar səbəbiylə İstanbul istiqaməti nəqliyyata bağlanıb. Qəzaya səbəb olan avtomobillər yoldan çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR