İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: müəllim məscidin zirzəmisində 11 uşağa... 

Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaqlarını yerli məscidlərdən birinin zirzəmisində günlərlə saxlayıb və döyüb.

Bu barədə məsciddən qaçan uşaq polisə xəbər verdikdən sonra məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Məlum olub ki, Tacikistan əsilli kişi uşaqları zorla zirzəmidə çox pis şəraitdə (hətta çarpayı olmayıb) saxlayıb və təlim keçib. Uşaqlardan bəziləri işgəncə gördüklərini polislərə təsdiqləsələr də, digərləri təkzib ediblər, ancaq bədənlərində qançır izləri uşaqların qorxduğu ehtimalını verməyə əsas olub.

Məscidin rəhbərliyi və Başqırdıstan Müsəlmanlarının Ruhani İdarəsi mədrəsə müəllimi ilə əlaqələrini inkar ediblər. Rusiya İstintaq Komitəsinin regional baş idarəsi bildirib ki, həmin şəxsə qarşı cinayət işi başlanıb. Müstəntiqlərin fikrincə, kişi 2023-cü ilin əvvəlindən uşaqlara işgəncə verirmiş. Təqsirləndirilən şəxs saxlanılıb, o, istintaq müddətini təcridxanada keçirəcək.

Uşaqlar uşaq evlərinə yerləşdiriliblər. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR