İnsanlara hürriyət, millətlərə istiqlal!

Dedi ki, niyə Teymur əminin qulağından birini vurmadın?-

Müğənni Mətanət Əsədova illər öncə mərhum sənətçi Teymur Mustafayevlə muğam oxuyarkən başına gələn hadisədən danışıb.

Musavat.com xəbər verir ki, sənətçi bu barədə “Pərvizə görə” verilişində söz açıb:

“Verilişlərin birində rəhmətlik Teymur Mustafayevi dəvət etmişdilər. Biz orada ciddi muğam oxuyuruq. Aparıcı qulağına deyir ki, “tüfəng”i oxu. Mən də elə düşünürəm ki, “Boz at səni sərtövlədə saxlaram”ı nəzərdə tutur. Ömür boyu bicliyim olmayıb. Bir də görürəm, kişi ordan deyir ki, tüfəngim paslanıb. Mənasını da bilmirəm, əlimi vurub gülürəm. Efirdən sonra deyirlər, ay Mətanət, sən bilirsən o nə deyir? Deyir ki, tüfəngim paslanıb ata bilmirəm. Başa saldılar ki, bu, o demək deyil, bu deməkdir. Bir də görürəm, məndən böyük bacım qızı, Hacıxanım yığıb deyir ki, sənə niyə belə deyir? Başa salır ki, sənə buna görə belə deyir. Ay bala, ciddi muğam oxuyurduq, sən niyə belə etdin? Hamısı saflığımdan, mən də gülürəm. Bacım da deyir ki, niyə onun qulağının dibindən birini vurmadın?

Dedim, kimin qulağının dibindən?  Yaşlı-başlı adamdır. Mənim nə xəbərim var? Bir dəfə də Sərxan Kərəmoğlu verilişində öpür məni, çiynimdən öpür, boynumdan, başımdan öpür. Sonra da qayıdır ki, bu, 18+dur. Onu da bilmirəm. Sonra yenə mənə zəng edirlər ki, ay Mətanət, sən niyə dillənmədin? Ona görə məcburam ki, efirə çıxmayım”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR