İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayısının milyondan çox pulunu ələ keçirdiyinə görə həbs edilmişdi - GÖZLƏNİLMƏZ QƏRAR

Dayısını aldadıb 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş Orxan Məhərrəmovun şikayəti təmin edilib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini hərtərəfli araşdırdıqdan sonra müttəhimin günahsız olduğu qənaətinə gəlib.

Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə O.Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Orxan Məhərrəmov dayısı Amil Əliyevin 1 milyon 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR