İnsanlara hürriyət, millətlərə istiqlal!

Davudoğlunun partiyasının deputatı Ərdoğanın partiyasına keçdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi “Gələcək” partiyasının Ankaradan seçilmiş deputat Nədim Yamalı partiyasından istefa verdiyini açıqlayıb.

Musavat.com Sozcu.com.tr-yə istinadla xəbər verir ki, Yamalı bu gün saat 10.30-da Davudoğlu ilə görüşüb. Davudoğlu Yamalıdan fərdi hərəkət etməməsini istəsə də, onu razı sala bilməyib. Deputat partiya binasının çıxışında istefa verdiyini bildirib.

Qeyd olunur ki, prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın sabahkı qrup toplantısında AKP nişanını Yamalıya taxacağı gözlənilir.

Yamalı paylaşımında yazıb: “Bu gündən etibarən, yarandığı gündən fəaliyyət göstərdiyim “Gələcək” partiyasının üzvü kimi istefa verirəm”.

"Oxuduğum müddətdə mənə verdikləri dəstəyə görə sədrim cənab Əhməd Davudoğluna təşəkkür edir, bütün partiyaçı dostlarıma uğurlar arzulayıram”, - N.Yamalı qeyd edib.

İstefa rəsmiləşdikdən sonra TBMM-də 20 deputatı olan “Səadət” və “Gələcək” partiyalarının deputatlarının sayı 19-a enəcək və belə bir qrup buraxılmış olacaq.

Qeyd edək ki, bu günlərdə “Gələcək” partiyasının sədri Əhməd Davudoğlu “Ruhum AK Partiyadan heç vaxt ayrılmadı” deyə açıqlama verib və onun AKP-yə keçib-keçməyəcəyi məsələsi gündəmə gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR