İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnaksütyun: Ermənistanda erməni maraqlarını müdafiə edənlərin də “qara siyahısı” var

Azərbaycanda olduğu kimi, Ermənistanda da erməni maraqlarını müdafiə edənlərin “qara siyahısı” mövcuddur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun”un Büro üzvü Akop Ter-Xaçaturyan bəyanat yayıb.

Xaçaturyan xaricdə yaşayan daşnakların Ermənistana buraxılmamasından şikayətlənib.

Onun sözlərinə görə,bir ildən artıqdır ki, Daşnaksütyun Bürosunun üzvü, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın Ermənistana girişi qadağan edilib. Və bu yeganə hal deyil.

Qeyd edək ki, Daşnaksütyun partiyası Emərnistanda Serj Səkisyanın müttəfiqi sayılıb və hazırkı iqitdara müxalif siyasi qüvvə olaraq çıxış edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR