İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnaklar yenə qan-qan deyir: “Sənədi qəbul etməyəcəyik”  

Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) bəyanat yayıb. Bəyanatda bir sıra sərsəmləmələr yer alır.

Deyirlər ki, ali məqsədi öz vətənində erməni xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək olan Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) regionda sabit sülhə qarşı çıxa bilməz:

 “Lakin güc təhdidi altında Azərbaycanla əldə olunan razılaşmaların və yeni güzəştlərin əsl və davamlı sülh prosesi ilə heç bir əlaqəsi yoxdur.

Davamlı və sabit sülhün bərqərar olması üçün Azərbaycanla müqavilə münasibətləri tənzimləyən, Ermənistan tərəfinin qanuni maraqlarına hörmət edən və həllini tələb edən, bütün məsələlərin həllini özündə əks etdirən hərtərəfli sənəd olmalıdır”.

Musavat.com-un məlumatına görə bəyanatda deyilir ki, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərindən çıxarılmasını təmin etmir.

Onu da sərsəmləyirlər ki, bu, 9 noyabrda üç ölkənin imzaladığı Qarabağ atəşkəs bəyanatında vurğulanan “artsax”ın və “artsax” xalqının pozulmuş hüquqlarının bərpasını nəzərdə tutmur. Üstəlik, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələsini də həll etmir.

“Danışıqların nəticəsi olaraq ortaya çıxan sənəd mahiyyət etibarilə Azərbaycanın tələblərinin qeyd-şərtsiz təsdiqini nəzərdə tutur.

Eyni zamanda Ermənistandan dəhliz verilməsi tələbi, Konstitusiyanın dəyişdirilməsi, azərbaycanlıların Ermənistana köçürülməsi, Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan şəxslərin ekstradisiyası, Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi, Ermənistan sərhədinin demilitarizasiyası və ATƏT-in Minsk Qrupunun ləğvi kimi davamlı yeni ilkin şərtlər Ermənistanın hüquqi müdafiəsinə birbaşa zərbə vurur”.

Deyirlər ki, Ermənistanın milli maraqları bahasına imzalanmış heç bir sənədi qəbul etməyəcəklər.

Gördüyünüz kimi, daşnaklar yenə qan-qan deyir. Ancaq bu kimi davakar bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan reallığı dəyişmək gücündə deyil.

Elbəyi Həsənli. Sürix

https://armenianweekly.com/2025/03/16/announcement-of-the-arf-dashnaktsutyun-supreme-body-of-armenia/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR