Onlayn ictimai-siyasi qəzet
Tehran və Vaşinqton arasında İranın nüvə problemi üzrə danışıqların növbəti raundu iyunun 15-də Omanda keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumatı İranın Xarici İşlər Nazirliyi yayıb.
Nazirlik sözçüsü İsmayıl Bəqayi bildirib ki, “aparılan məsləhətləşmələrə əsasən, İran və ABŞ arasında dolayı danışıqların növbəti raundunun gələn bazar günü Maskatda keçirilməsi planlaşdırılır”.
Xarici İşlər Nazirliyinin Teleqram-kanalında dərc olunan xəbərə görə, onun rəhbəri Abbas Əraqçi iyunun 11-12-də Osloda keçiriləcək konfransda iştirak etmək üçün Norveçə səfər edəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, İranla danışıqların yeni mərhələsi iyunun 12-də baş tutacaq. Onun sözlərinə görə, Vaşinqton Tehranın öz ərazisində uranın zənginləşdirilməsindən imtina etməsində israrlıdır. Lakin İran hakimiyyəti bununla razılaşmır, Ağ Ev rəhbəri vurğulayıb.
Musavat.com
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ