Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ardınca Moldova da Kişinevdəki Rus Evinin bağlanmasına qərar verib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, fevralın 13-nə keçən gecə Moldova ərazisinə bir neçə dron düşüb. Onların analizindən sonra Moldova hakimiyyəti dronların Rusiya tərəfindən Ukraynaya hücumda istifadə edilən uçuş aparatları olduğuna qərar verib. Bundan sonra Moldova hökuməti Kişinevdəki Rus Evinin bağlanmasına dair qərar qəbul edib.
Moldovadakı Rusiya səfirliyi qərarla bağlı açıqlama yayıb. Açıqlamada rəsmi Kişinevin “ölkə vətəndaşlarının maraq və ehtiyaclarına biganə”likdə ittiham olunur. Səfirlik iddia edir ki, çoxlu sayda Moldova vətəndaşı rus dilini və mədəniyyətini öyrənmək istəyir, hakimiyyət buna imkan vermir.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ