Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı həlak olan etnik azərbaycanlı Vüqar Hüseynov qəhrəmanlıq nümayiş etdirib.
Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Atışma başlayanda o, digərləri ilə birlikdə evakuasiya olunmağa çalışsa da, bir qrup terrorçuya rast gəlib. Bu zaman Vüqar qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə başlayıb. Bu an dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib - kadrlarda Vüqarın əynində yaşıl gödəkçə var.
Dostlarının dediyinə görə, o, qaçıb gizlənə bilərdi, lakin “Piknik”in konsertinə gələn digər insanları tərk etməyib. Bir müddət sonra “Vnukovo”nun işçisi güllələnib. İkinci mərtəbədən çəkilmiş videoda onların konsert zalının birinci mərtəbəsinin döşəməsində cansız vəziyyətdə uzandıqları görünür.
@@TVmusavat/81635@@
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ