Onlayn ictimai-siyasi qəzet
Koronavirus epidemiyasının başlamasından 5 il ötür. Alimlər tərəfindən hazırlanmış koronavirus vaksinləri epidemiyanın başlanğıcında müşahidə olunan kütləvi ölümlərin qarşısını alıb. Bununla belə, bir çox insanlar hələ də peyvəndlərin təhlükəli olduğunu və xüsusilə ürək xəstəliklərinə səbəb olduğunu əsas gətirərək peyvənddən yayınırlar.
Bəs bu iddia nə dərəcədə doğrudur?
Musavat.com "The Guardian" nəşrinə istinadən alimlərin bu mövzuda apardığı araşdırmaların nəticələrini təqdim edir.
COVID-19 peyvəndlərinin ürək çatışmazlığı və virus səbəbindən qan laxtalanması riski yaratdığı iddiası hələ də müzakirə edilir.
Bu iddianı araşdıran alimlər mübahisəyə son qoyublar. İngiltərə, İspaniya və Estoniyada 20 milyondan çox insanın sağlamlıq qeydlərini təhlil edən mütəxəssislər araşdırmanın nəticələrini açıqlayıblar. Sözügedən araşdırmaya görə, COVID-19 peyvəndləri virus səbəbi ilə ürək çatışmazlığı və qan laxtalanma riskini artırmır, əksinə, azaldır.
Oxford-AstraZeneca, Pfizer və Moderna da daxil olmaqla koronavirus peyvəndləri pandemiya zamanı ağır xəstəliklərin qarşısının alınmasında yüksək effektivliyini sübut edib.
"Heart" jurnalında yazan tədqiqatçılar Oxford-AstraZeneca və Janssen tərəfindən istehsal edilən adenovirus əsaslı COVID-19 peyvəndlərinin, həmçinin Pfizer və Modernanın mRNA əsaslı peyvəndlərinin ilk dövrdə koronavirusla əlaqəli ürək çatışmazlığı və qan laxtalanmasına qarşı ən yaxşı qoruyucu təsirə malik olduğuna diqqət çəkdilər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, COVID-19-a qarşı peyvənd vurduranlarda ürək çatışmazlığı və qan laxtalanması riski peyvənd olunmayanlara nisbətən daha az olub.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ