Onlayn ictimai-siyasi qəzet
COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir.
Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə onlardan üçü "Mavi zonada", biri isə "Green zona"dadır: "Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. Onlardan 30-dan çoxunda "kafeshop" və qida satışı nöqtələri, həmçinin iki böyük restoran fəaliyyət göstərəcək ki, birində milli, digərində dünya mətbəxi olacaq".
O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb: "Bir saat ərzində 6 mindən çox qonağa xidmət etmək iqtidarındadırlar: "Artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb".//Report
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ