İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən xammal bazarlarına müsbət siqnal

Çin iqtisadiyyatının istehsal sektoru üzrə işgüzar aktivlik indeksi (PMI) sentyabrda 50,2 olub.

Musavat.com xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatına əsasən, bu, ölkə iqtisadiyyatının artımını göstərir.

İdarənin məlumatına görə, aprel ayından bəri ilk dəfə olaraq Çinin istehsal sənayesində işgüzar aktivlik indeksi 50-dən yuxarı qalxıb. Sentyabrda qeyri-istehsal sektorunda işgüzar fəallıq indeksi 51,7 olub. Sentyabrda Çində ümumi işgüzar aktivlik indeksi 52 olub. Bu, ölkə iqtisadiyyatının hər iki sahəsində artımın sürətləndiyini göstərir.

Qeyd edək ki, 2023-cü ilin əvvəlindən bəri Çində ümumi iqtisadi aktivlik indeksi 50-dən aşağı olub. Bu, iqtisadiyyatda ciddi problemlərin olmasına dair müzakirələrin aparılmasına səbəb olub. Ötən aydan etibarən Çin iqtisadiyyatdakı problemləri aşkara çıxaran bir sıra statistik məlumatları gizlətməyə başlayıb.

Dünyanın ən böyük istehlakçısı olan Çində iqtisadiyyatın bərpa prosesinin gözlənildiyindən xeyli ləng getməsi, tikinti və bank sektorunda problemlərin dərinləşməsi qlobal xammal bazarlarında qiymətləri aşağı çəkən başlıca faktora çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR