İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Panama kanalı ilə bağlı SƏRT BƏYANAT

Çin Panama kanalının beynəlxalq hüquqi rejiminə əməl edir və onun tənzimlənməsinə mane olmur.

Musavat.com xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyi çıxış edib.

Nazirliyin sözçüsü Mao Ninq deyib:

"Çin Panama kanalı üzərində həmişə Panama dövlətinin suverenliyinə hörmət edib və biz bu su yolunun neytrallığını tanıyırıq. Çin Panama kanalına nəzarətdə iştirak etməyib və heç vaxt bu işlərə qarışmayıb".

Çin xarici siyasət idarəsi kanalın Panama dövlətinin nəzarəti altında olduğuna və bundan sonra da belə qalacağına əmin olan Panama prezidenti Xose Raul Mulino ilə də razılaşdığını elan edib.

Xatırladaq ki, Panama prezidenti bildirib ki, "dünyanın heç bir ölkəsinin rəhbərliyi bizim administrasiyamızın işinə qarışmır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp inauqurasiya nitqində deyib ki, Panama hakimiyyəti Panama kanalını idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək:

"Ən önəmlisi odur ki, Çin kanala nəzarət edir. Biz kanalı Çinə verməmişik, Panamaya vermişik, geri də alacağıq".

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bu problemin mövcudluğundan danışmışdı. O, ABŞ Senatında keçirilən dinləmələrdə deyib: "Çin şirkətləri kanalın hər iki tərəfindəki liman infrastrukturuna nəzarət edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR