Onlayn ictimai-siyasi qəzet
Çinin cənubundakı Quanqdonq əyalətində avtomobil yolunun uçması nəticəsində azı 19 nəfər ölüb.
Musavat.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Mayın 1-i səhər saatlarında dağıntılar altından 18 avtomobil tapılıb. Çökmüş təbəqənin uzunluğu 17,9 metrdir.
“Ümumilikdə 49 nəfər yaralanıb, onlardan 19-nun ölüm faktı ilə təsdiqlənib, daha 30 nəfər xəstəxanadadır, onların həyatı üçün təhlükə yoxdur”, - məlumatda deyilir.
Xatırladaq ki, hadisə çərşənbə günü təxminən saat 2:10-da Quanqdonq əyalətindən Futszyan əyalətinə gedən ekspress yolunda baş verib. Magistral yolda nəqliyyatın hərəkəti kəsilib.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ