Onlayn ictimai-siyasi qəzet
Çin Xarici İşlər Nazirliyi Moskvanın Pekindən asılı olduğunu bildirən Finlandiya prezidenti Aleksander Stabba Rusiya və Çinin böyük müstəqil dövlətlər olduğunu xatırladıb.
Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Finlandiya liderinin sözlərinə cavab verib.
“Gəlin ondan başlayaq ki, Çin və Rusiya müstəqil böyük dövlətlərdir. Çin Ukrayna böhranının yaradıcısı deyil, onun tərəfi də deyil. Biz həmişə sülhün və dialoqun tərəfində olacağıq, bütün tərəflərlə, o cümlədən Rusiya ilə qarşılıqlı əlaqəni davam etdirəcəyik”, - diplomat bildirib.
Stabb daha əvvəl demişdi ki, Ukraynadakı münaqişə bir telefon zəngi ilə bitə bilər. Onun sözlərinə görə, Rusiya Çindən asılıdır və “Si Jinpindən bir telefon zəngi bu böhranı həll edəcək”.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ