İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyadan neft-qaz alışını kəskin azaldıb

Çin Baş Gömrük İdarəsi ölkənin yanvar-fevral aylarında xaricdən aldığı neft-qazın mənbələr üzrə bölgüsünü açıqlayıb.

Musavat.com idarənin elektron sistemində yerləşdirilən məlumatına istinadən xəbər verir ki, Çin iki ayda Rusiyadan neft alışını 17,5 faiz azaldaraq 8,36 milyard dollara endirib. Buna baxmayaraq, Rusiya hələ də Çinə neft tədarük edən ölkələr arasında birinci yerdədir.

Siyahıda Rusiyadan sonra iki ayda Çinə 11,65 milyon ton (13,5 faiz azalma) neft satan Səudiyyə Ərəbistanı gəlir. Üçüncü yerdə İraq (10,3 milyon ton), dördüncü yerdə Malayziya (9,87 milyon ton) və Oman (6,06 milyon ton) gəlir.

Yanvar-fevral aylarında Çin Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını illik müqayisədə 22,5 faiz azaldaraq təxminən 923 min tona salıb. Bu dövrdə idxal dəyər baxımından 27,8 faiz azalaraq 570,79 milyon dollar təşkil edib. Rusiya bu göstərici ilə Çinə LNG təchizatçıları arasında dördüncü yerdədir.

Siyahıya Qətər başçılıq edir. İki ay ərzində o, Çinə LNG ixracının həcmini 4,46 faiz azaldaraq 3,37 milyon tona endirib. İkinci yerdə uzun müddət ərzində ilk dəfə lider mövqeyini itirən Avstraliya (19,6 faiz azalaraq 3,18 milyon ton) qərarlaşıb. Sonrakı yerdə Malayziya (1,29 milyon ton, 22,2 faiz azalma) gəlir. ABŞ İndoneziya və Papua Yeni Qvineyanı geridə qoyaraq 7-ci yerdədir (259,9 min ton, azalma 43,6 faiz).

Qeyd edək ki, Çinin Rusiya neft-qazının alışını belə azaltmasının yanvarın 10-da Bayden hakimiyyətinin tətbiq etdiyi sanksiyalarla bağlı olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR