İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin qızıl ehtiyatlarını rekord həddə çatdırdı

Çin 2024-cü ildə qızıl ehtiyatlarını 44,17 ton artıraraq rekord səviyyəyə - 2279,57 tona çatdırıb.

Musavat.com xəbər verir ki, məlumatı Çin Qızıl Assosiasiyası (CGA) açıqlayıb.

Qeyd edək ki, Çin bu qiymətli metalın ehtiyatlarına görə dünyada altıncı yerdədir. Ötən il ölkədə qızıl istehlakı 9,6 faiz azalaraq 985,31 ton təşkil edib. Yerli və idxal olunan xammaldan ümumi qızıl hasilatı 2,85 faiz artaraq 534 min 106 tona çatıb.

Çinin ən böyük şirkətləri 2024-cü ildə xaricdəki mədənlərdən 71,937 ton qızıl hasil edib ki, bu da əvvəlki illə müqayisədə 19,1 faiz çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR