İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Y.Qalant da tviter hesabında C.Bayramovla görüşü barədə paylaşım edib. O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.

“Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”, - Y.Qalant vurğulayıb.

Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR