İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Çavuşoğlu ilə TDT-nin Zirvə Görüşünə hazırlığı müzakirə edib

24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR