İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya rəhbəri ordunun döyüş hazırlığından narazı qalıb

Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Cənubi Koreyanın hava məkanına girməsi silahlı qüvvələrin kifayət qədər hazırlıqlı olmadığını nümayiş etdirib.

AZƏRTAC "Yonhap" agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının prezidenti Yun Sok Yol bazar ertəsi günü baş verən hadisələr fonunda hərbçilərin döyüş hazırlığından narazılığını dilə gətirib.

Onun sözlərinə görə, Koreya Respublikası əvvəllər də kəşfiyyat PUA-larından ibarət hərbi hissə yaratmağı planlaşdırırdı, lakin indi bu təşəbbüsün həyata keçirilməsi prosesi sürətlənəcək. “Biz texnoloji cəhətdən inkişaf etmiş pilotsuz uçuş aparatları vasitəsilə kəşfiyyat və müşahidə imkanlarımızı gücləndirəcəyik”, - deyə Koreya Prezidenti bildirib.

Xatırladaq ki, dekabrın 26-da Şimali Koreyaya məxsus beş PUA Koreya Respublikasının hava məkanına daxil olub. Onlardan biri Seula, digərləri isə Sarı dənizdəki Kanhvado adasına çatıb. Cənubi Koreya hərbçiləri PUA-larla təxminən beş saat mübarizə aparsalar da, onları məhv edə bilməyib. Seul buna cavab olaraq sərhədyanı bölgələrə kəşfiyyat vasitələri göndərib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR