İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya prezidenti: “Şimali Koreya nüvə silahından istifadə edə bilər”

“Koreya Xalq Demokratik Respublikası (KXDR) öz məqsədlərinə çatmaq üçün başqa şeylərlə yanaşı, nüvə silahından istifadə edə bilər”.

“Report” xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Yun Sok Yol bəyan edib.

“Düşünürəm ki, Şimali Koreya hərbi məqsədlərinə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək və nüvə silahının istifadəsindən imtina etməyəcək”-deyə, o bildirib.

Yun Sok Yol həmçinin vurğulayıb ki, KXDR-dən artan təhlükə fonunda Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlıq gücləndiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR