Onlayn ictimai-siyasi qəzet
Müsavat Partiyasının XI qurultayı davam edir.
Musavat.com bildirir ki, qurultayda sədarətin seçilməsi səsə qoyulub. Yekdilliklə sədarətə 2 nəfər - Arif Hacılı və Nüşabə Sadıqlı seçilib.
Bakıda səfərdə olan Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal isə qurultayın fəxri sədarəti seçilib.
Həmçinin Səs Komissiyasına 5 nəfər - Yusif Tağı, Cəmallədin Heybət, Zakir İsmayıl, Rəşid Nəcəfli, Samir Aslanov, katibliyə 2 nəfər - Fəridə Ələsgərli, Dadaş Əhmədli, Mandat Komissiyasına 5 nəfər- Namiq Niftəli, Yusif Mehdi, Əlibaba Bəşirov, Yusif Namazoğlu, Lütfəli Məmmədli üzv seçilib.
Arif Hacılı partiyanın sədri kimi hesabatını açıqlayacağını bildirib.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ