İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəkildiyi reklamlar ilə tanınan 7 yaşlı qız dünyasını dəyişdi - Ölüm səbəbi araşdırılır

Türkiyənin Kocaeli şəhərində yaşayan və reklamlarda rol alan 7 yaşlı Mısra Özkaraman allergiya səbəbilə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, 7 yaşlı Mısranı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Balaca Mısranın ötən il Kocaeli Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İncəsənət və Konservatoriya Şöbə Müdirliyinin konservatoriya imtahanından keçdiyi öyrənilib. Balet təhsili alan və konservatoriyaya daxil olmaq hüququ qazanan balaca Mısranın ölümü ailəsini, sinif yoldaşlarını və pərəstişkarlarını şoka salıb.

İlk təsbitlərə görə, qaraciyərində infeksiya olduğu aşkarlanan və nəticədə ürəyi dayanan Mısranın dəqiq ölüm səbəbi araşdırılır.

Bir çox reklamlarda da rol alan kiçik qızın cənazəsi Başiskele Döngel Mərkəz məscidində qılınan cənazə namazından sonra Döngel qəbiristanlığında torpağa tapşırılıb.

Musavat.com

Filmlerinde oynayan 7 yaşındaki Mısra hayatını kaybetti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR