İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan Qərb ölkələrinə sərt XƏBƏRDARLIQ: "Əks tədbirlər görəcəyik"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni bəyanat verib.

Musavat.com xəbər verir ki, Mövlud Çavuşoğlu Avropa ölkələrinə xəbərdarlıq edib. 

"ABŞ və Avropaya viza təyinatını gec vermək mövzsunda qəsd görürük. Bu ölkələrin səfirlərinə lazımi xəbərdarlıqlar ediləcək. Əgər hazırkı durum yaxşılaşmasa, əks tədbirlər görəcəyik", - deyə nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, ABŞ və bəzi Qərb ölkələri Türkiyə vətəndaşlarına viza üçün görüşləri 1 il, 6 ay, 7 ay, 8 aydan sonraya verirlər: 

“İstanbulda Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə son görüşümüzdə onların səfiri də orada idi, mən bu olanları ona dedim. 

Bunları hökuməti seçki öncəsi çətin vəziyyətdə buraxmaq üçün atılan addımlar kimi qiymətləndiririk. Yaxın günlərdə Qərb ölkələrinin səfirlərini Nazirliyə çağıracaq, lazımi xəbərdarlıqları edəcəyik. İstəsələr bu problemi çox rahat həll edə bilərlər. Burada bir niyyət var. Şübhəsiz ki, biz bunun nə olduğunu bilirik". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR